Dünya
3 min ildən çox yaşı olan sirli keçidlər aşkarlanıb
Arxeoloqlar Peruda And dağlarının ətəyində üç min ildən çox yaşı olan məbəddə bir-biri ilə əlaqəli keçidlər aşkar ediblər. And dağlarının şimalında yerləşən “Chavin de Huantar” məbədi vaxtilə sakinlər üçün dini və inzibati mərkəz olub.
Publika.az bunu xarici KİV-lərə istinadən xəbər verir.
Qazıntını həyata keçirən arxeologiya qrupunun üzvü Stanford Universitetindən Con Rik keçidlərin may ayının əvvəlində aşkar edildiyini və bu keçidlərin məbədin labirint qalereyalarından əvvəl tikildiyinə dair əllərində dəlillər olduğunu ifadə edib.
Rik qeyd edib ki, bu yaxınlarda tapılan keçidlər əvvəllər kəşf edilənlərdən tikinti texnikası baxımından çox fərqli xüsusiyyətlərə malikdir.
Qeyd edək ki, And dağlarının ətəklərində uzun illər aparılan qazıntılar eramızdan əvvəl 1200-200-cü illər arasında tikildiyi təxmin edilən 35-dən çox bir-birinə bağlı yeraltı keçid şəbəkəsini aşkara çıxarıb.
Xatırladaq ki, paytaxt Limadan 250 kilometr aralıda yerləşən “Chavin de Huantar” məbədi 1985-ci ildə YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilib.
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO














.png)





.jpg)











