Dünya
Gələn il ərzaqla bağlı problem yaşanacaq
Ukraynadakı böhran səbəbindən dünyada ərzaq çatışmazlığı və bahalaşma gözlənilir.
Publika.az xəbər verir ki, bu proqnozu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iqtisadçısı Maksimo Torero verib.
"Neft qiymətlərinin artması və gübrə ixracının bloklanması ilə ən pis ssenaridə, daha 13,7 milyon insanın qida çatışmazlığı riski ilə üzləşəcəyini gözləyə bilərik. Qarğıdalı və taxıl təkcə çörək hazırlamaq üçün deyil, həm də mal-qaranı bəsləmək üçün lazımdır. Onların bahalaşması məhsulun mayasında da özünü göstərir. Qida istehsalında yaranan çətinliklər 2023-cü ildə böhranın daha da pisləşməsinə gətirib çıxarır”, - ekspert izah edib.
Ekspert qeyd edib ki, Ukraynada müharibə davam edərsə, daha 18 milyon insan qida çatışmazlığından əziyyət çəkə bilər.
"Avropada Litva, Moldova, Serbiya, Finlandiya, Estoniya kimi ölkələr demək olar ki, Rusiya gübrələrinin tədarükündən asılıdır. Onlara İrlandiya, Norveç, Polşa, Şimali Makedoniya, Sloveniya da əlavə olunub", - FAO-nun aparıcı iqtisadçısı bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya daha əvvəl qeyd edib ki, Rusiya gübrə verməyə hazırdır, lakin sanksiyalar buna mane olur.
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
















.jpg)




















