Dünya
BMT qlobal fəlakət təhlükəsi elan etdi - SƏBƏB NƏDİR?
"Rusiya və Ukraynadan kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına çatdırılmaması səbəbindən yaranan ərzaq böhranı 2023-cü ildə qlobal fəlakət təhlükəsi yaradır".
Publika.azxəbər verir ki, bunu BMT-nin Ticarət və İxracın İnkişafı üzrə Konfransının sədri Rebekka Qrinspan mətbuat konfransında deyib.
"Mövcud ərzaq böhranı 2023-cü ildə sürətlə qlobal ərzaq fəlakətinə çevrilə bilər. Enerji qiymətləri artıb və Qara dəniz regionundan gübrə ixracına qoyulan məhdudiyyətlər gübrə qiymətlərinin ərzaq qiymətlərindən daha sürətlə artmasına səbəb olub", - o deyib.
Grinspan qeyd edib ki, əgər növbəti əkinlərə qədər münaqişə davam edərsə və taxıl və gübrə qiymətləri yüksək olarsa, onda mövcud böhran digər əsas məhsullara da keçə bilər, xüsusən də milyardlarla insanın əsas qidası olan düyüyə.
BMT nümayəndəsi vurğulayıb ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Ukraynadan ərzaq məhsulları, eləcə də Rusiyadan gələn ərzaq və gübrələri dünya bazarlarına qaytarmaq lazımdır.
"Gübrə tədarükünə yenidən başlamaq, onu kiçik fermerlərə təqdim etmək, geniş yayılmış tədarükün dəstəklənməsi növbəti 18 ay ərzində kritik olacaq", - Grinspan vurğulayıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
























.jpg)






.jpg)


