Dünya
Ağ Ev əmin etdi: NATO və G7 Ukraynanı...
"ABŞ Rusiyanın təcavüzünə qəti şəkildə müqavimət göstərməyə, NATO və G7-nin birliyinə, Ukraynanı dəstəkləməyə hazır olduğuna əmindir".
Publika.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan prezident təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
"İflas, parçalanma və ya birlik çatışmazlığı əlamətlərinin olması fikri, məncə, həqiqətən gördüklərimizlə təkzib olunur", - Baydenin müşaviri ABŞ-ın NATO birliyini qoruyub saxlamasının nə qədər çətin olduğu ilə bağlı suala cavab olaraq deyib.
Onun sözlərinə görə, mətbuat nədənsə Qərb ölkələrinin qətiyyətinin və sabitliyinin labüd tənəzzülünü fərz etməyə meyllidir, lakin bütün faktlar bunun əksini göstərir.
O xatırladıb ki, təkcə ABŞ deyil, həm də Avropa ölkələri hər gün müdafiə yardımı ilə bağlı yeni açıqlamalar verir, Avropa İttifaqı bu yaxınlarda enerji sektoru da daxil olmaqla, yeni uzaq perespektivli sanksiyalar paketi təqdim edib.
"Bu, bir həftə deyil, bir ay deyil, üç ay deyil - bu, bizim uzun aylar ərzində yerinə yetirəcəyimiz öhdəlikdir və bu, ukraynalıları güclü dəstəkləməyə davam etməyə imkan verəcək", - Baydenin müşaviri bildirib.
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi

































.jpg)
