Dünya
Kissincer: “Rusiya Ukraynada artıq strateji məğlubiyyətə uğrayıb”
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ötən ay Davosda söylədiyi və böyük qalmaqal yaratmış fikrilərinə ilk dəfə aydınlıq gətirib. Xatırladaq ki, həmin fikirlərə görə Ukrayna hakimiyyəti onu rəsmi Kiyevi Rusiyaya ərazi güzəştlərinə getməyə çağırışda ittiham eləmişdi.
Publika.az">Publika.az Musavat.com-a istinadla xəbər verir ki, Bergruen İnstitutuna verdiyi müsahibədə Kissincer deyib ki, həmin açıqlama ilə o, vəziyyəti fevralın 24-ə (Rusiyanın hərbi müdaxiləyə başladığı gün – red.) qaytarmağı nəzərdə tutub. Çünki Rusiyanın ərazi ələ keçirməsinin tanınması təcavüzü mükafatlandırmaq anlamına gələrdi. Amma Krım məsələsi, onun zənnincə, danışıqların başqa mövzusu və predmetidir.
Kissincerin sözlərinə görə, Ukrayna Prezidenti Zelenski də eyni mövqedən çıxış edir: “Ukrayna son aylarda itirdiyi əraziləri geri almalıdır, bundan sonra danışıqlar üçün məqam yetişəcək”.
Keçmiş dövlət katibinin qənaətincə, Rusiya Ukraynada artıq strateji məğlubiyyətə düçar olub, çünki adi silahlı qüvvələrin köməyi ilə daha zəif qonşusuna qalib gələ bilməyib. “Bu o deməkdir ki, Avropanın çoxdankı Rusiya işğalı qorxusu şişirdilib və regionda qüvvələr nisbəti kəskin şəkildə dəyişib”, - deyə o qeyd edib.
Kissincer habelə hesab edir ki, Putini dəstəkləyən Çin lideri Si Cinpin böyük səhvə yol verib. “Ona görə ki, o, Rusiyanın sürətli qələbəsini gözləyirdi, bu isə baş vermədi. İndi isə bu dəstək Çinin ziyanına işləyir”, - ABŞ-ən sabiq baş diplomatı vurğulayıb və əlavə edib ki, Rusiya ilə Çin arasında uzunmüddətli strateji əməkdaşlığa inanmır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
























.jpg)






.jpg)


