Dünya
Şotlandiya müstəqilliklə bağlı növbəti referenduma hazırlaşır
Şotlandiyada ikinci müstəqillik referendum kampaniyasına başlanıb.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, Regional Hökumətin Baş naziri Nikola Stercen ikinci müstəqillik referendum kampaniyasına başladıqlarını və Şotlandiyanın müstəqilliyə daha da hazır olduğunu söyləyib.
Stercen paytaxt Edinburqda ikinci müstəqillik referendumu ilə əlaqədar təşkil etdiyi mətbuat konfransında Şotlandiyanın böyük potensialının olduğunu vurğulayıb.
İkinci müstəqillik referendumunun qanuni şəkildə keçirilməsinin zəruriliyinə diqqət çəkən Stercen Britaniya hökumətinin icazəsi olmadan bunun necə həyata keçiriləcəyi ilə bağlı strategiyasını yaxın vaxtlarda parlamentə təqdim edəcəyini vurğulayıb.
Şotlandlar 2014-cü il sentyabrın 18-də keçirilən referendumda 55 faizlə müstəqilliyi rədd etsələr də, Brexitdən sonra vəziyyəti dəyişib.
Stercen lideri olduğu Şotlandiya Milli Partiyasının 2021-ci il sentyabrın 13-də keçirilən payız konfransının yekun nitqində 2023-cü ilin sonunda müstəqillik referendumu keçirməyi planlaşdırdıqlarını söyləmişdi.
Yeni müstəqillik referendumunun keçirilməsi üçün Britaniya parlamentindən icazə tələb olunur. Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının çoxluğa sahib olduğu 650 üzvlü parlamentdən belə icazə almaq mümkünsüz görünür.
Lakin müstəqillik tərəfdarlarının alternativ yollardan istifadə edəcəyi düşünülür. Bu variantlardan biri Britaniya parlamentindən icazə tələb edən qanuna qarşı məhkəməyə müraciət etməkdir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)






















.jpg)

.jpg)