Dünya
Etirazçılar hücum etdi, prezident qaçdı – Bu ölkədə xaos yaşanır
Şri-Lankada kütləvi iğtişaşlar başlayıb.
Publika.az xəbər verir ki, insanlar sosial problemlərə etiraz olaraq küçələrə axışıb.
Pandemiyadan sonra turist axını azalan ada ölkəsində iqtisadi böhran yaranıb. Xüsusilə inflyasiya pik həddə çatıb. Hakimiyyət elektrik enerjisinə qənaət etmək və “kəmərləri sıxmaq” siyasətini tətbiq edir. Əhali bu addımlarla razılaşmır.
Etirazçılar bu gün səhər saatlarında prezidentin iqamətgahına daxil olublar. Lakin prezident Qotabaya Rajapaska hücumdan öncə iqamətgahını tərk edə bilib. Qarşıdurmada 32 nəfər yaralanıb.
“NewsFirst” portalının məlumatına görə, prezident ölkədən qaçıb.
Şri-Lankanın baş naziri Ranil Vikramasinqe prezidentin iştirakı olmadan fövqəladə iclas çağırıb. Müxalifət isə bu iclası boykot edib.
Hazırda qarşıdurma davam edir.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
