Dünya
G20 ölkələrinin maliyyə nazirlərinin Bali görüşü bəyanatsız başa çatdı
G20 ölkələrinin maliyyə nazirlərinin və Mərkəzi banklarının rəhbərlərinin Balidə keçirilən ikigünlük görüşü birgə bəyanat qəbul olunmadan başa çatıb.
Publika.az İndoneziya KİV-ə istinadla xəbər verir ki, buna səbəb kimi qrupun üzvlərindən biri olan Rusiyanın Ukraynaya hücumu və bununla beynəlxalq qaydaları pozması göstərilir.
Məsələni şərh edən Yaponiyanın maliyyə naziri Suzuki Şuniçi bildirib ki, məhz bu səbəbdən bütün iştirakçıları qane edən birgə bəyanatın mətnini hazırlamaq mümkün olmayıb.
Yaponiya, Avropa ölkələri və ABŞ Rusiyanın Ukraynaya hücum etməklə dünya iqtisadiyyatı üçün problemlər yaratdığını, Moskva isə bu ölkələrin Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməklə hazırkı inflyasiyaya səbəb olduğunu bildirir.
Qeyd edək ki, bu, maliyyə nazirlərinin aprel görüşü də daxil olmaqla birgə bəyanat qəbul edə bilmədikləri ikinci görüşdür.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

