Dünya
Azərbaycanlı teleaparıcı Ukraynadakı müharibədə həlak oldu - FOTO
Rusiya ilə müharibədə əslən Azərbaycandan olan Ukrayna vətəndaşı Kərim Qulamov şəhid olub.
Publika.az xəbər verir ki, məlumatı onun feysbuk səhifəsində dostları paylaşıb.
Məlumata görə, 35 yaşlı azərbaycanlı Ukraynanın Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olub, 73-cü xüsusi əməliyyatda yaxından iştirak edib. O, 2018-ci ildə Ukraynanın “M2” telekanalında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko (“Riffmaster”) ilə bir yerdə işləyib. Ötən gün o, Antonenko ilə bir yerdə döyüşlərdə həlak olub.
Dostları onunla bağlı rəylərində belə yazıb: “Təəssüf, Ukrayna əsl müdafiəçisini itirdi. Sən mübariz, dürüst və örnək idin”.
Əslən Azərbaycanın Lənkəran rayonundan olan K.Qulamovun iyulun 26-da 35 yaşı tamam olacaqdı.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular














.jpg)

















.jpg)

.jpg)