Dünya
Çindən ABŞ-a XƏBƏRDARLIQ: "Ağır nəticələrə gətirib çıxaracaq"
Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə kəskin etiraz edib.
Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik Pelosinin Tayvana səfərini pisləyib.
“Çin dəfələrlə Nensi Pelosinin Tayvana mümkün səfəri ilə bağlı ABŞ-a ciddi narahatlığını və kəskin etirazını bildirib, onun Tayvana səfər edəcəyi təqdirdə ciddi nəticələrin riskini vurğulayıb. Xalqın iradəsini gözardı etmək olmaz və odla oynayanlar onunla yandırılacaq. Ümid edirəm ki, Amerika tərəfi Çinin güclü və aydın mesajını tam başa düşüb. Onun Tayvana səfəri Çinin daxili işlərinə kobud müdaxilə, ÇXR-in suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması, vahid Çin prinsipinin şəkildə pozulması, Tayvan boğazı bölgəsində sülh və sabitliyə əhəmiyyətli təhlükə olacaq. Çin-ABŞ münasibətlərinə nəzərəçarpacaq ziyan çox ciddi hadisələrə və ağır nəticələrə gətirib çıxaracaq. Çin tərəfi bir daha ABŞ tərəfini xəbərdar edir ki, ÇXR yüksək hazırlıq vəziyyətindədir, Çin Xalq Azadlıq Ordusu heç bir halda buna biganə qalmayacaq və ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün mütləq güclü və təsirli cavab tədbirləri görəcək”, - XİN sözcüsü Çjao Litszyan bildirib.
Xəbər verdiyimiz kimi, Pelosinin olduğu təyyarə avqustun 2-də Taypey hava limanına enib.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)