Dünya
Maliyə piramidasının rəhbəri milyonları götürüb Bakıya qaçdı
Özbəkistanın paytaxtı Daşkənddə daha bir maliyə piramidası dağılıb.
Publika.az xəbər verir ki, söhbət vətəndaşlara ev və avtomobillər verəcəyini vəd edən “Rayyona Qutlug” şirkətindən gedir.
Məlumata görə, avqustun 4-də maliyə piramidasının yaradıcılarından biri şirkətin hesabından külli miqdarda pulu çıxarıb və Azərbaycana qaçıb. Qeyd olunur ki, şirkətin əməllərindən 300-ə yaxın əmanətçi zərər çəkib.
Zərərçəkmişlər bildirir ki, avtomobil üçün ilkin olaraq 4-5 min dollar, ev üçün isə 15-17 min dollar pul köçürüblər.
Zərərçəkmiş Mukaddas xanım deyir ki, pulla qaçan şirkət rəhbərlərindən biri Zafar Qulyamov həmin gün onunla teleqramda yazışıb. Bakıya qaçan Qulyamov xanıma səhhətindəki problemlər səbəbindən Hindistanda olduğunu və “narahat olmayın və hər şey yaxşı olacaq” deyib.
Şirkətin indiki rəhbəri Erkin Eqamberdiyevin vəkili Farxod Miraxmedov deyir ki, Qulyamov “Rayyona Qutlug” MMC-ni 2022-ci il yanvarın 10-da təsis edib və ona martadək rəhbərlik edib. Bu ilin 17 mart tarixindən isə rəhbərliyi hazırda Daşkənddə olan E. Eqamberdiyevə verib və şirkətə qeyri-rəsmi rəhbərlik edib.
Vəkilin sözlərinə görə, avqustun 4-də Qulyamov Eqamberdiyevi tərəfdaşlarla görüş bəhanəsi ilə Moskvaya göndərib, özü isə pulu şirkət əməkdaşlarının bank kartına köçürməklə mənimsəyib və ölkə xaricinə gedib.
“Qulyamovda həmçinin bankdan pulun çıxarılması üçün lazımi açar olub. İlkin araşdırma zamanı biz müəyyən etdik ki, şirkətin ümumi dövriyyəsi 17 milyard sum (1,5 milyon dollar) təşkil edib. Sonuncu dəfə 40 milyon sum məbləğində (3,6 min dollar) pulun çıxarılması cəhdi avqustun 8-də olub. Hazırda Eqamberdiyevin bank hesabları bloklanıb”, - vəkil deyib.
(Qafqazinfo)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO































.jpg)


