Dünya
Pakistanda təbii fəlakət CAN ALIR: ölüm sayı 182-yə yüksəldi
Pakistanın hər yeri cənginə alan musson yağışları həyatı iflic edib.
Bu barədə Publika.az "TRT Haber"ə istinadla xəbər verir.
Bildirilib ki, ölkənin Bəlucistan və Sind əyalətlərində güclü yağışlar nəticəsində 10 nəfər ölüb. 40 mindən çox evə ziyan dəyib, bir çox kənd təsərrüfatı sahələri su altında qalıb.
Bəlucistanın Kila Abdullah şəhərində daşqın nəticəsində 6 nəfər həyatını itirib.
Əyalətdə iyunun 1-dən bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 182-yə yüksəlib.
Lasbelada çox sayda ev su altında qalıb, Kila Abdullahda 3 bənd çöküb.
Ketta və Kəraçi arasındakı quru yolunun su basması nəticəsində Bəlucistanın Sind əyaləti ilə əlaqəsi kəsilib.
Çaman və Ketta arasında qatar xidmətləri də dayandırılıb.
Səlahiyyətlilər bir çox kənd təsərrüfatı sahəsinin su altında qaldığını və 40 mindən çox evə ziyan dəydiyini bildirib.
Bütün əyalətdə 2100 kilometr avtomobil yolu və 25 körpü də yağışlar nəticəsində zədələnib.
Musson yağışlarının yaratdığı dağıntılar səbəbindən Bəlucistanın 34 rayonundan 26-da fövqəladə vəziyyət elan edilib.
Kəraçidə 4 nəfər ölüb
Sind əyalətinin Kəraçi şəhərində 3 nəfəri elektrik cərəyanı vurub, bir nəfər isə boğularaq ölüb.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
