Dünya
İŞİD Bərzaniyə o tarixi şansı qazandırdı - Müdhiş təfərrüat
İŞİD terror qruplaşmasının İraqa hücumu Bərzani hökumətinin tarixi arzularını reallaşdırmaq üzrədir.
Axar.az İraqın “Bashaber” qəzetinə istinadən xəbər verir ki, ölkənin Kürdüstan federal hökumətində müstəqillik referendumu aktı 90 gün sonra yenidən gündəmə gəlib.
İŞİD-in türkmanlar yaşayan şəhərlərə girməsi nəticəsində qətiyyətsizlik göstərən mərkəzi Bağdad hökuməti Kürdüstan iqtidarına tarixi şans qazandırıb.
Peşmərgənin Kərkük, Tusxurmatı, Şenqal, Xanəgin kimi türkmanlar yaşayan bölgələri İŞİD-dən qoruması bu torpaqların Kürdüstan ərazisinə referendum yolu ilə qatılması ideyasını aktuallaşdırıb.
Məlumata görə, Kürdüstan iqtidarının başçısı Məsud Bərzani Federal Kürdüstan Parlamenti tərəfindən çıxarılan Siyasi Partiyalar Büdcəsi Aktı ilə Seçki Komissiyası və referendum qanununu təsdiqləyib. Bərzaninin imzaladığı bu qanundan sonra 3 ay ərzində referendum və seçki komissiyası təşkil ediləcək.
Daha sonra parlament iclasında rəsmi qərar çıxarılacaq. Kürdüstan Parlamentinin mətbuat katibi Tariq Cövhər də bildirib ki, bu qanun rəsmi dövlət qəzetində nəşr olunduğu tarixdən qüvvəyə minəcək.
Qanuna görə, İŞİD hücumu ilə üzləşən və peşmərgənin qoruduğu adıçəkilən şəhərlərdə referendum keçiriləcək. Bu isə o deməkdir ki, xalq mərkəzi İraqla Kürdüstan muxtariyyəti arasında seçim etməli olacaq.
Bağdad hökumətinin keçmiş baş naziri Nuri
Əl Malikiyə etimadsızlıq və istefasından sonra gözlənilir ki,
türkmanlar yaşayan şəhərlərdə referendum, Bərzaninin tarixi
arzularının gerçəkləşməsi ilə başa çatacaq.
Bərzani 10 ildir ki, Kərkük, Mosul və digər şəhərlərdə referendum
keçirməyə nail ola bilmirdi. İŞİD-in İraqa girməsi bu fürsəti
yaradıb. Siyasi təhlilçilər hesab edirlər ki, əslində İŞİD-in İraqa
hücumunun arxasında məhz elə bu plan dayanırdı.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı






.jpg)















.jpg)


.jpg)
.webp)











