Dünya
"Taliban"dan ŞOK QƏRAR: ölkədə məşhurlaşan sistem ÇÖKDÜRÜLDÜ
"Taliban" radikal hərəkatı hökumətinin nəzarətində olan Əfqanıstan Mərkəzi Bankı ölkədə kriptovalyutaların çıxarılmasını və dövriyyəsini qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Əfqanıstan polisinin yüksək rütbəli zabitinə istinadla məlumat yayıb.
"Mərkəzi bank bizə bütün pul dəyişdirənlərə, fiziki şəxslərə və sahibkarlara bitkoin kimi saxta rəqəmsal valyutalardan istifadəni qadağan etməyi əmr edib", - Herat vilayət polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi Syed Shah Saadat bildirib.
Onun sözlərinə görə, bu ay tətbiq edilən qadağa zamanı “Taliban” 13 nəfəri həbs edib, onların çoxu girov müqabilində sərbəst buraxılıb. Bundan əlavə, Əfqanıstanın üçüncü böyük şəhəri və rəqəmsal token ticarətinin mərkəzi olan Heratda 20-dən çox kriptovalyuta birjası bağlanıb.
"Bloomberg"in məlumatına görə, repressiya Əfqanıstan əhalisinin bir hissəsi əmanətlərini saxlamaq və onların "Taliban"ın əlinə keçməsinin qarşısını almaq üçün kriptovalyutalarla məşğul olmağa başladıqdan sonra başlayıb. Kriptovalyutalar "Taliban"a qarşı tətbiq edilən sanksiyalarla qlobal bank sistemindən kəsilən ölkədə pul köçürmələri üçün məşhur üsula çevrilib.
ABŞ-ın 2021-ci ilin yazında Silahlı Qüvvələrini ölkədən çıxarmaq qərarını elan etməsindən sonra "Taliban" Əfqanıstanda nəzarət yaratmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də "Taliban" döyüşsüz Kabilə daxil olub, prezident Əşrəf Qani isə ölkəni tərk edib. Sentyabrın 7-də radikallar legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.
Hüseyn İbadlı
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO


























.jpg)



