Dünya
Donetskdə Malayziya təyyarəsinin vurulması yenidən gündəmdə
Beynəlxalq təhqiqat komissiyasının “Malaysia Airlines”
aviaşirkətinə aid sərnişin təyyarəsinin Ukraynanın şərqində
vurulması barədə ilkin hesabatı bu gün Hollandiyada dərc
ediləcək.
ANS PRESS-in məlumatına görə, hesabatın dərci Donbasda baş verən
hərbi əməliyyatlar və bütün informasiya mənbələrini yenidən
yoxlamağa imkan olmaması səbəbindən bir neçə dəfə təxirə
salınıb.
Xatırladaq ki, 25 nəfər müşahidəçidən ibarət beynəlxalq qrup
Ukraynada avqustun ortalarınadək istintaq aparıb. Daha sonra onlar
Haaqaya keçərək hesabat üzərində işləməyə başlayıblar.
Xatırladaq ki, Amsterdam - Kuala-Lumpur istiqamətində hərəkət edən
“Malaysia Airlines” aviaşirkətinə aid “Boeing 777” sərnişin
təyyarəsi 17 iyul tarixində Ukraynanın döyüşlər gedən Donetsk
vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 298
sərnişinin hamısı həlak olub. Təyyarənin dağıntıları və və faciə
qurbanlarının cəsədləri bir neçə kvadrat kilometr ərazidə
səpələnmiş halda tapılıb. Təyyarə vurulsa da bu günə qədər hadisəni
kimin törətdiyi aydın deyil.
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Rəsmi xronika12:58Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - Yeniləndi/Foto
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı
-
Region09:48Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
-
Dünya09:42Trampla Meloni arasında qalmaqal yaradan jurnalist öldü









.jpg)















.jpg)













