Dünya
Rusiya NATO təlimini təhdid edir
Kanada Müdafiə Nazirliyi bildirib ki, bazar günü bir
qrup Rusiyaya aid təyyarə Qara Dənizdə keçirilən NATO-nun “Sea
Breeze” təlimlərində iştrak edən hərbi Toronto gəmisi üzərindən
keçib.
“Düzdü, “HMCS Toronto” üzərindən Rusiya təyyarələrinin yalnız dövrə
vuraraq Kanada gəmisi üçün təhlükə törətməsə də, onun hərəkətləri
gərəksiz, təxribatyönlü idi və gərginlik yaratma riski daşıyırdı”-
deyə Kanada Müdafiə Naziri Rob Nikolson bildirir.
Rəsmi xəbərdə detallar qeyd olunmasa da “Globe and Mail” Kanada
qəzeti xəbər verir ki, iki ədəd "Su-24" və "An-26" təyyarələri
Kanada HDQ-yə aid gəminin üzərindən az hündürlükdən uçuş edib.
Təyyarələrdən biri 300 metr məsafəyə qədər düşüb.
Qeyd olunur ki, Tronto gəmisi 8-10 sentyabr tarixlərində
keçiriləcək “Sea Breeze 2014” Ukrayna-ABŞ birgə hərbi təlimlərində
iştrak etmək üçün Qara Dənizə 6 sentyabrda girib. Manevrlərdə ABŞ
və Ukraynadan əlavə Kanada, İspaniya, Türkiyə, Rumıniya gəmiləri
iştrak edir. Bundan əlavə Norveç, Fransa və İsveç təlimlərdə
müşahidəçi qismində iştrak edirlər.
Ukrayna Milli Təhlükəsizlik şurasının nümayəndələri bildiriblər ki,
keçirilən manevrlərin əsas məqsədi- Böhran sahələrində gəmilərin
təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməliyyat
ssenarilərinin həyata keçirilməsidir. Öz növbəsində RF XİN bildirib
ki, təlimlər gərginliyi artırır və inkişaf hiss edilən Ukrayna
konfliktinin sülh yolu ilə həllinə təhdiddir. /anspress.com/
-
Sosial20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ
-
İdman20:36UEFA Konfrans Liqası: "Zirə" "Torpedo" ilə oyunda hesabı açdı - YENİLƏNİR
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?




























