Dünya
Bu ölkə eynicinsli nikahları qanuniləşdirdi
Yeni ailə məcəlləsinə səs verən milli referendumdan sonra Kuba hakimiyyəti eynicinsli nikahları qanuniləşdirib.
Publika.az CNN-ə istinadla xəbər verir ki, bundan sonra yeni məcəllə qadınların, uşaqların və qocaların müdafiəsini gücləndirir, həmçinin LGBT cütlüklərinə evlənmək və uşaq övladlığa götürmək imkanı verir .
Yeni ailə məcəlləsi surroqat anaya da icazə verir və gender əsaslı zorakılığa qarşı tədbirləri genişləndirir.
Referendumda dəyişiklikləri ölkə sakinlərinin 66%-dən çoxu dəstəkləyib. Kuba Milli Seçki Şurası referendumda iştirakın 74%-i keçdiyini bildirib.
Dəyişikliklərin təşəbbüskarı Kubanın keçmiş prezidenti Raul Kastronun qızı və müvafiq olaraq Fidel Kastronun qardaşı qızı Mariella Kastrodur.
O, hökumət tərəfindən maliyyələşdirilən Milli Cinsi Təhsil Mərkəzi vasitəsilə LGBT hüquqlarının yaxşılaşdırılması üçün kampaniya aparıb.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir































