Dünya
BMT-dən XƏBƏRDARLIQ: "Bu gün Pakistan, sabah istənilən ölkə ola bilər"
"Pakistan xalqı "iqlim ədalətsizliklərinin" qurbanına çevrilib - güclü yağışlar nəticəsində ölkə ərazisinin üçdə biri su altında qalıb. Pakistan hökuməti qlobal miqyasda baş verən fəlakətin öhdəsindən gələ bilmir və beynəlxalq ictimaiyyətin köməyinə ehtiyac duyur".
Publika.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleyanın bu ölkədəki vəziyyətə həsr olunmuş iclasında danışıb.
O, BMT-nin 816 milyon dollarlıq humanitar müraciətini xatırladıb və Pakistan üçün vəsait toplamaq üçün donorlar konfransı keçirməyə çağırıb.
"Pakistan qlobal istixana qazı emissiyalarının yüzdə birindən azını təşkil edir, lakin o, texnogen iqlim dəyişikliyinə əsas töhfə verir. Daşqın suları ölkəmin - Portuqaliyanın ümumi ərazisindən üç dəfə çox ərazini əhatə etdi", - Quterreş deyib
"Bu gün Pakistandır. Sabah isə istənilən ölkə ola bilər. İqlim xaosu indi hamının qapısını döyür. Biz Pakistan xalqının ehtiyaclarını qarşılamalıyıq və onlara cavab verməliyik”, - Antonio Quterreş bildirib.
O əlavə edib ki, qlobal böhran qlobal həmrəylik və qlobal reaksiya tələb edir:
"15 milyondan çox insan yoxsulluq həddindən aşağı düşə bilər. Çox az şanslı insanlar üçün indiki daşqınların təsiri günlərlə və ya aylarla hiss olunmaya bilər. Pakistandakı fəlakətlərin nəticələri gələcək illər ərzində hiss oluna bilər. Belə şəraitdə insanların geniş köməyə ehtiyacı var".
Xatırladaq ki, Pakistanda iyunun 14-dən sentyabrın 28-dək leysan yağışlar və daşqınlar nəticəsində 1600-dən çox insan həlak olub, 12800-dən çox insan xəsarət alıb. Ölənlər arasında 333 qadın və 615 uşaq var. 3452 qadın və 4006 uşaq xəsarət alıb. Ümumilikdə 33 milyona yaxın insan daşqından zərər çəkib.
Hüseyn İbadlı
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi


























.jpg)








