Dünya
Ölən şəxsi bir saatdan sonra DİRİLTDİLƏR
Çinin Quanqsi Çjuan Muxtar Bölgəsinin həkimləri mərhumun ürəyi dayanandan bir saat sonra onu işə salıblar.
Publika.az xəbər verir ki, bu barədə SCMP məlumat yayıb.
61 yaşlı kişiyə ürəyin işemik xəstəliyi diaqnozu qoyulub. Bir neçə ay sonra arvadı onun evdə huşunu itirdiyini görüb və təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər həmin şəxsin ürəyinin dayandığını müəyyən ediblər. Xəstəxanaya gedərkən onlar çinlini defibrillyatorla həyata qaytarmağa çalışıblar.
Kişinin zəif ürək döyüntüləri bərpa olunduğundan xəstəxana dərhal dirilən xəstəni daha böyük tibb müəssisəsinə köçürmək qərarına gəlib. Orada xəstə ağciyərin süni ventilyasiyasına yerləşdirilib. Onun vəziyyəti kritik qiymətləndirilir. O, dərin komada olub, təzyiqi aşağı düşüb və özbaşına nəfəs ala bilməyib. Daha sonra xəstə reanimasiyaya köçürülüb və burada daha iki həftə qalıb.
İndi çinlilər hələ də tibb müəssisəsindədir. O, artıq yemək yeyə və başqa insanlarla ünsiyyət qura bilir.
Xatırladaq ki, infarkt zamanı həkimlərin ürək döyüntüsünü bərpa etməyə çalışması üçün altı dəqiqə olduğu güman edilir.
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov















.jpg)

















