Dünya
Sunak və Bayden arasında Ukrayna MÜZAKİRƏSİ
Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak ABŞ prezidenti Cozef Baydenlə ilk telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Baş nazirin aparatının yaydığı bəyanatda deyilir.
Tərəflər Ukraynadakı vəziyyət daxil olmaqla, iki dövlət arasında həm ikitərəfli, həm də Avstraliyanın da üzvü olduğu AUKUS (ABŞ, Avstraliya və Böyük Britaniya təhlükəsizlik sahəsində yeni üçtərəfli tərəfdaşlığı - Red) müdafiə tərəfdaşlığı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Vurğulanıb ki, ötən ilin sentyabrında AUKUS-un yaradılması Vaşinqton və Londonun Hind-Sakit okean regionunda sabitliyin möhkəmləndirilməsi və Çinin zərərli təsirinə qarşı mübarizə səylərinin bir hissəsidir.
Sunak və Bayden həmçinin Belfast Sülh Sazişini saxlamaqla İrlandiya adasında sülh və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar. 1998-ci ildə bağlanan saziş Şimali İrlandiyada sadiq protestantlarla millətçi katoliklər arasında silahlı qarşıdurmaya son qoyub.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

































.jpg)
.jpg)

