Dünya
Poroşenkodan yeni tvit (FOTO)
Ukrayna prezidenti Petro Poroşenko öz “tvitter”
səhifəsində 36 hərbçinin azad edilməsi barədə yazıb.
ANS PRESS-in məlumatına görə, Poroşenko yazıb ki, “Danışıqlar
nəticəsində yaraqlıların əsirliyindən dünən 21, indi isə 36 Ukrayna
hərbiçisi azad edilib”.
Xatırladaq ki, Petro Poroşenko dünənki tvitində 21 yox 26
hərbiçinin azadlığa buraxılmasından yazmışdı.
Hərbiçilərin azadlığa buraxılmasının şərtləri və şəraiti barədə
prezident heç nə qeyd etməsə də bundan bir az sonra yazdığı digər
tvitində elan edilən atəşkəs rejiminin faydalarından danışıb.
“Atəşkəs bizə uşaqlarımızı azad etməyə, ordunu gücləndirməyə, şəhər
və kəndləri qorumaq üçün güclü müdafiə xətti yaratmağa imkan
verir”- deyə prezident yazıb.
Daha öncə Ukrayna silahlı qüvvələrinin rəhbərliyi bəyan etmişdi ki,
Ukraynanın şərqində separatçılar barışığın şərtlərinə uyğun olaraq
648 əsir götürülmüş ukraynalı əsgəri azad edib və daha 500 hərbi
qulluqçunun azad olunması üzrə iş gedir.
Bazar ertəsi isə Ukrayna prezidenti 1 200 əsgərin azad olunduğunu
bəyan edib, amma əslində Ukraynanın hərbi idarəsində
aydınlaşdırıldığı kimi bu saydan yarısı-648 nəfər buraxılıb.
Separatçılar Ukrayna hərbçilərinin girovluğunda 311 döyüşçünün
olduğunu bəyan edirlər.
Bir həftə əvvəl razılaşdırılmış barışığın şərtlərinə əsasən, bütün
girovlar azad olunmalıdırlar.
Rəsmi şəxslər iddia edirlər ki, tərəflər barışığa yerli toqquşmalar
və atışmalar haqda ortaya çıxan məlumatlara baxmayaraq ümumilikdə
və bütövlüklə riayət edir.
Bu arada Ukrayna müdafiə nazirliyinin təmsilçisi Andrey Lısenko
Donetsk və Luqansk regionunda vəziyyətin gərginləşdiyini bəyan edib
və separatçıları razılaşmaları pozmaqda ittiham edib.
Qeyd edək ki, barışıq elan olunduğu cümə günündən beş ukraynalı
hərbçi həyatını itirib.
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...