Dünya
İnsan başını küçə-küçə gəzdirdi, sonra isə... - İzlənmə rekordları qıran GÖRÜNTÜ
Meksikada it ağzında kəsilmiş insan başı ilə küçələrdə dolaşıb. Daha sonra səlahiyyətlilər kəsilmiş başı taparaq məhkəmə-tibb qrupuna təhvil veriblər.
Publika.az xəbər verir ki, hadisə ölkənin şimalındakı Zakatakas əyalətinin Monte Eskobedo şəhərində baş verib.
Sosial mediada yayılan görüntüdən sonra açıqlama verən ştatın baş prokurorluğu bölgədəki bankomatda insan qalıqlarının tapıldığını bildirib. Lakin səlahiyyətlilər hadisə yerinə gələnə qədər itin qalıqları eşələyərək kəsilmiş başı götürdüyü öyrənilib.
Saatlarla iti axtaran polis qrupları iki gün sonra kəsilmiş başı bir evin bağçasında tapıblar.
Məhkəmə-tibb ekspertləri qurbanın cinsi, yaşı və digər məlumatları öyrənmək üçün qalıqları yoxlayır.
Səlahiyyətlilər həmçinin hücumun mütəşəkkil cinayətlə əlaqəli olduğunu göstərən bankomatda iki əskinas tapıldığını açıqlayıb. Lakin qeydlərin məzmunu ilə bağlı heç bir açıqlama verilməyib.
Meksikada narkotiklərin ABŞ-a çatması üçün mühüm dəhliz olan Zakatekas uzun müddətdir Sinaloa və Jalisko mafiyaları arasında müharibəyə səhnə olub. (Teleqraf.com)
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























