Dünya
Ukraynadakı müharibədə 400 uşaq həlak olub - BMT
Bu ilin fevral ayından bəri davam edən Rusiya işğalı nəticəsində Ukraynada 400-dən çox uşaq həlak olub, çoxlu sayda yaralanıb, ailə üzvlərini itirib və ya evlərini tərk etmək məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı baş katibin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo danışıb.
“Bu gün mən ən kiçik ukraynalıların hüquqlarının, təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi probleminə diqqət yetirmək istərdim. 400-dən çox uşaq öldürüldü, bir çoxu yaralandı, ailə üzvlərini itirdi və ya evlərini tərk etməyə məcbur oldu. “Müharibə uşaqları” hökumət portalının noyabrın 12-nə olan məlumatına görə, 279 uşaq itkin düşüb. “Uşaqların Rusiya tərəfindən Rusiya Federasiyasına və ya Ukraynanın işğal olunmuş ərazilərinə zorla köçürülməsi ilə bağlı həyəcanlı xəbərlər də var", - o deyib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi də beynəlxalq humanitar hüquqa zidd olaraq uşaqların Rusiya Federasiyasına deportasiyası ilə bağlı bir neçə hadisəni sənədləşdirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

































.jpg)

.jpg)