Dünya
Çin yeni COVID-19 dalğası ilə BOĞULUR: morqlar yükün öhdəsindən gələ bilmir
COVID-19-un yeni dalğası Çin şəhərlərini vurub. Apteklərdə ən çox satılan dərmanların qıtlığı yaranıb.
Bu barədə Publika.az "Reuters"ə istinadla xəbər verir.
Dekabrın 17-də Çinin Statistika Bürosu ölkə üzrə 2000 yeni COVID-19 hadisəsinin olduğunu bildirib. Lakin dövlət səhiyyə komissiyası xəstəliyin yeni asemptomatik hallarının sayını göstərməyi dayandırdıqdan sonra statistika xəstəliyin real miqyasını heç də əks etdirmir.
KİV-in məlumatına görə, Pekində morq və krematoriyalar yükün öhdəsindən gələ bilmir. Cümə günü Çin Dövlət Şurası yerli hakimiyyət orqanlarını əhalini kifayət qədər dərman preparatları ilə təmin etmək üçün öz hərəkətlərini əlaqələndirməyə çağırıb.
Bununla belə, təkcə COVID-19 üçün deyil, həm də bütün ölkədə soyuqdəymə üçün ciddi dərman çatışmazlığı var. Şanxay, Şençjen və bəzi digər şəhərlərin sakinləri artıq dərman çatışmazlığından xəbər veriblər.
Çinin baş epidemioloqu Vu Junyu bildirib ki, ölkədə yaxın üç ayda üç COVID-19 dalğası yaşanacağı gözlənilir və onlardan birincisi artıq başlayıb. Ən yüksək insident dərəcələrinin Çin Yeni ili dövründə - yanvarın 21-dən 27-dək gözlənilir.
Hüseyn İbadlı
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO













.jpg)
















