Dünya
Uşaqlar TƏHLÜKƏDƏ: bu oyuncaqlarda zəhərli maddə aşkarlandı - FOTO
Uşaqlar arasında son zamanlar populyar olan “Huggy Wuggy” oyuncaqlarında zəhərli fenol maddəsi aşkarlanıb.
Publika.az xəbər verir ki, bununla bağlı Rusiyanın “Roskaçestvo” qurumundan açıqlama verilib.
Qurumun apardığı araşdırma nəticəsində “Huggy Wuggy” oyuncaqlarının demək olar ki, 90%-də baş ağrısı və dermatitə səbəb olan zəhərli fenol maddəsi tapılıb.
“Huggy Wuggy” kompüter oyunu personajı əsasında yaradılmış bu oyuncaq iti dişləri və vəhşi təbəssümü olan qorxulu tüklü canavarı xatırladır. Bu obrazın oyundakı rolu isə oyunçunu ölümcül olana qədər qucaqlamaq və ondan bir hissə dişləyib qoparmaqdır.
Uşaqlar tərəfindən çox sevilən bu oyuncaqların 18 nümunəsindən 16-da fenol aşkarlanıb. Zəhərli maddə olan fenol neylon və kapron, müxtəlif qətranların istehsalı üçün istifadə olunur. Əgər uşaq daim oyuncaqla təmasda olarsa, bu, dərinin allergik reaksiyasına (dermatit) səbəb ola bilər. Həmçinin fenol buxarından zəhərlənmə başağrısı yarada bilər.
Qeyd edək ki, adıçəkilən oyuncaq Azərbaycanda da satılır. (oxu.az)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi


































.jpg)

.jpg)
