Dünya
Çin ilk pilotsuz tədqiqat gəmisini istismara verdi
Çin dünyanın ilk pilotsuz tədqiqat gəmisi olan "Zhuhaiyun"u istismara verib.
Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi televiziyası məlumat yayıb.
Kanalın məlumatına görə, gəmi avtonom naviqasiya sisteminə və uzaqdan idarəetmə texnologiyasına malikdir. Bütün əsas sistemlər, o cümlədən güc və hərəkət sistemləri Çində hazırlanmışdır.
Gəminin uzunluğu 88,5 metr, eni 14 metr, dərinliyi isə 6,1 metrdir. O, 18 düyün, qənaət rejimində 13 düyün sürətə malikdir.
Bildirilir ki, gəmi okeanoqrafik tədqiqatlar, kartoqrafiya, nümunə götürmə və patrul kimi müxtəlif okean kəşfiyyatı tapşırıqları üçün istifadə edilə bilər.
Bundan əvvəl Çinin avtomobil istehsalçısı BYD alkotesterli saatı patentləşdirilib. Saat insan orqanizmində alkoqolun səviyyəsini müəyyən etmək, həmçinin nəbz, bədən temperaturu və qanda oksigen səviyyəsini ölçmək imkanına sahibdir.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























