Dünya
Dollara qarşı YENİ CƏBHƏ: dünyanın ikinci ən böyük valyuta bloku YARADILIR
Braziliya və Argentina gələn həftə ortaq valyuta elan etməyə hazırlaşır. Təqdimat Buenos-Ayresdə keçiriləcək sammit zamanı baş tuta bilər.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qeyd edilib ki, bu buraxılış dünyanın ikinci ən böyük valyuta bloku ola bilər.
Braziliya yeni pul vahidinə “sur” adının verilməsini təklif edir. Eyni zamanda tərəflər bəyan edirlər ki, o, regional ticarəti təşviq etmək və ABŞ dollarından asılılığı azaltmaq məqsədi ilə yaradılır. Yaxın gələcəkdə valyuta Braziliya realı və Argentina pesosu ilə paralel mövcud olacaq.
"Financial Times" ekspertlərinin fikrincə, valyuta birliyi bütün Latın Amerikasını əhatə edə bilər və dünya ÜDM-nin təxminən 5%-ni təşkil edir. Hazırda ən böyük ittifaq olan avro dollar ifadəsində dünya ÜDM-nin təxminən 14%-ni əhatə edir.
Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın yanvarın 22-də axşam Argentinaya səfəri zamanı rəsmi açıqlama gözlənilir.
Hüseyn İbadlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























