Dünya
Daha çox adam və texnika: Rusiya yeni hücuma hazırlaşır
Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciəti zamanı bəyan edib ki, Rusiya yeni hücuma hazırlaşır. Müharibəyə daha çox adam və texnika cəlb etmək istəyir.
Publika.az xəbər verir ki, Zelenski dünyanı Ukrayna ilə əməkdaşlığı sürətləndirməyə çağırıb: “Rusiya səfərbər edə biləcəyi qüvvələrlə yeni hücuma hazırlaşır. İşğalçılar artıq bəzi istiqamətlərdə təzəyiqlərini artırırlar. Onlar təzyiqi daha geniş miqyasda artırmaq istəyirlər. Dünya indi Ukrayna ilə əməkdaşlığını sürətləndirməlidir. Bu, Rusiyanın cinayət əməllərinin mümkün qədər qarşısını alacaq”.
Ukrayna prezidenti Fransa prezidenti Emmanuel Makron və Finlandiya prezidenti Sauili Niinistonun paytaxt Kiyevə səfərini də dəyərləndirib.
Zelenski bu səfərlə bağlı açıqlamasında bildirib ki, Finlandiyadan müdafiə də daxil olmaqla, yeni dəstək paketi gəlib.
“Rusiyaya qarşı sanksiyaları gücləndirmək və diplomatik təşəbbüslərimizdə iştirak etmək istəyi var. Avropa və Avro-Atlantika insitutları çərçivəsində əməkdaşlıq etmək üçün bu ildən ölkələrimizin xeyrinə necə istifadə edə biləcəyimizə dair baxışımız var”,- Zelenski diqqətə çatdırıb.
Ayşən
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)






















.jpg)

.jpg)