Dünya
Bizi bu bəlalar gözləyir: Məşhur investisiya bankından dəhşətli proqnoz
Britaniyanın məşhur investisiya bankı "NatWest" proqnoz hesabatında 2023-cü ildə qlobal iqtisadiyyatı narahat edəcək 7 məqama toxunub. İvestisiya bankı 2023-cü il üçün iqtisadi proqnoz hesabatında digər investisiya banklarından fərqli olaraq qlobal iqtisadiyyatın geosiyasi problemlərini sadalayıb.

Publika.az xəbər verir ki, "NatWest" "Benzinlə atəşə girmək" başlıqlı hesabatında qlobal iqtisadiyyatı gərginləşdirə biləcək 7 ölkəyə diqqət çəkib. Sözsüz ki, bu ölkələrə başçılıq edənlər Rusiya və Ukraynadır.
24 fevral 2022-ci ildə başlayan Rusiya işğalında üstünlük hazırda hücuma məruz qalan Ukraynadadır. Ruslar hələ də istədikləri uğuru əldə edə bilməyiblər.
Ancaq "NatWest"-ə görə, qış hər şeyi dəyişə bilər. “Ukraynadakı sərt qış mühitinin səbəb olduğu iqtisadi və enerji xərcləri ortamüddətli perspektivdə Avropa və ABŞ üçün artacaq” adlanan hesabatda vurğulanır ki, Rusiya lideri Vladimir Putin sülh razılaşmasını istəmir.

“Sülh əldə edilsə belə, Rusiya neft və qazının dünya bazarlarına yenidən paylanması Moskvanın üzərinə ağır vergi yükü gətirəcək” deyən "NatWest"-ə görə, Rusiya qalib gəlsə belə, bu müharibədən daha zəif çıxacaq.
Tayvan 2023-cü ildə ən qorxulu yerlərdən biridir. ABŞ Çinin təzyiqinə qarşı 2022-ci ildə bir neçə dəfə Tayvana dəstəyini təkrarlayıb. Pekinin qarşısında Rusiyanın Ukraynadakı təcrübəsi var... Ona görə də Çinin Tayvana bütövlükdə müharibə elan etməsi çətindir. Bununla belə, "NatWest" deyir ki, Çin, çox güman ki, adanı blokadaya alacaq.
Britaniya investisiya bankı qeyd edir ki, 2023-cü ilin gizli geosiyasi problemlərindən biri “ticarət müharibələri”dir. Yenə də Çin bu baxımdan önə çıxır.
Çox güman ki, Çin "dostlarına üstünlük verəcəyi" iqtisadi nizamda ticarət edəcək. "NatWest" Çin üçün "yumşaq gücün yüksəlişi" ifadəsini istifadə edir.
2023-cü ilin digər “qanaxma” nöqtəsi 16 sentyabr 2022-ci ildən küçə nümayişlərinə səhnə olan İran olacaq.

Başqa bir qorxulu məsələ...Terror...
"NatWest" analitikləri beynəlxalq terrorizmin Əfqanıstan və Qərbi Afrikadan yayılmasından qorxurlar.
Təbii fəlakətlərin, iqtisadi və siyasi qarşıdurmaların yaşandığı Pakistan və 2022-ci ildə bir-birinin ardınca raket sınaqları keçirərək Yaponiya ilə münasibətləri gərginləşdirən Şimali Koreya "NatWest"-in diqqət çəkdiyi digər iki geosiyasi böhran nöqtəsidir.
Ayşən
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı
-
İdman05:15DÇ-2026: Kanada Qətəri darmadağın etdi
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO

































