Dünya
Şaxtalı hava bu ölkədə 170 nəfərin həyatına SON QOYDU
Güclü qar və şaxta Əfqanıstanda uşaqlar və qadınlar da daxil olmaqla, 170 nəfərin həyatına son qoyub.
Publika.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə və Humanitar Məsələlər Nazirliyinin nümayəndəsi Şəfiulla Rəhimi bildirib.
Onun sözlərinə görə, son üç həftə ərzində ölkənin 34 əyalətindən 24-də mövcud olan şaxta və qar nəticəsində 170 nəfər, o cümlədən uşaqlar və qadınlar həlak olub, 30 nəfər xəsarət alıb.
Bildirilib ki, temperaturun aşağı düşməsi nəticəsində 150-dən çox yaşayış binası dağılıb, 80 min başdan çox mal-qara tələf olub.
Qeyd edək ki, Əfqanıstanda istilik sistemi mövcud deyil, insanlar isinmək üçün çox vaxt kömür, odun və ya maye qazdan istifadə edirlər. Bu da bir çox hallarda qaz və ya karbon oksidinin sızmasından insan ölümünə səbəb olur.
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA

















.jpg)











.jpg)

.jpg)