Dünya
ABŞ-dan "Taliban" üzvlərinə qarşı məhdudiyyət - Qadınlara görə
ABŞ dövlət katibi Entoni Blinken Əfqanıstanda qadınlara qarşı ayrı-seçkilik siyasəti yürüdən "Taliban" üzvlərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.
Publika.az xəbər verir ki, Blinkenin bəyanatını Dövlət Departamentinin mətbuat xidməti yayıb.
“Bu gün mən Əfqanıstanda qadın və qızlara qarşı repressiyaya görə məsuliyyət daşıyan və ya iştirak edən "Taliban"ın bəzi hazırkı və ya keçmiş üzvlərinə, qeyri-dövlət təhlükəsizlik qruplarının üzvlərinə və digərlərinə əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər görürəm”, - bəyanatda deyilir.
Sənəddə vurğulanır ki, Amerika hökuməti "Taliban"ın hərəkətlərini kəskin şəkildə pisləyir: "Birləşmiş Ştatlar əfqan xalqının yanındadır və bütün əfqanların, o cümlədən qadınların və qızların insan hüquqları və əsas azadlıqlarına hörmətin təşviqi və dərinləşdirilməsi üçün mümkün olan hər şeyi etməyə sadiqdir”.
2021-ci ildə hakimiyyətə gəldikdən sonra "Taliban", onların fikrincə, İslam dəyərlərinə uyğun gələn bəzi məhdudiyyətlər tətbiq edib. Xüsusən də radikallar qadın teleaparıcıları hicab taxmağa məcbur edib, dramatik filmlərin və qadın aktrisaların iştirakı ilə verilişlərin nümayişinə qadağa qoyub.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
























.jpg)






.jpg)


