Dünya
Zelenski əmindir: "Onu yavaş-yavaş öldürürlər"
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətini ölkənin eks-prezidenti Mixail Saakaşvilini azad etməyə və “onun edamının qarşısını almağa” çağırıb. O əmindir ki, Saakaşvili “yavaş-yavaş öldürülür”.
Publika.az xəbər verir ki, bu barədə Zelenski "Twitter"də yazıb.
“Sadəcə, indi Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yavaş-yavaş öldürülür. Hətta 21-ci əsrdə Avropada bir insanın de-fakto açıq şəkildə edam edilməsi cəhdinə qarşı hələ də mübarizə aparmağın özü də biabırçılıqdır!” – Ukrayna lideri yazıb.
Zelenski Gürcüstan hakimiyyətini “Avropa insan haqları standartları üzrə öhdəliklərini yadda saxlamağa və zorakılığa son qoymağa” çağırıb.
“Ukrayna həll yollarını təklif etdi. Mən bütün dünyanı Mixailin həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək etməyə çağırıram”, - o əlavə edib.
Dekabrın 20-də Zelenski Gürcüstanı Saakaşvilini müalicə üçün Ukraynaya və ya başqa ölkəyə göndərməyə çağırırdı. Ukrayna liderinin sözlərinə görə, Saakaşvilinin vəziyyəti hazırda ağırdır və onun başına gələnləri istehza adlandırıb.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO






























