Dünya
Rusiyanın siyasi elitasını gözləyən təhlükə: Almaniya bu sübutları toplayıb
Almaniya Ukraynada hərbi cinayətlərə dair sübutlar toplayıb və beynəlxalq səviyyədə mühakimə olunmasının zəruriliyini elan edib.
Publika.az xəbər verir ki, bunu Almaniyanın baş prokuroru Piter Frank bildirib.
“İnd, məsələn, bizim diqqətimizi Buçadakı qırğınlara və ya Ukraynanın mülki infrastrukturuna hücumlara yönəldirik”, - deyə Peter Frank bildirib.
O əlavə edib ki, təfərrüatları açıqlamadan prokurorların indi “üçrəqəmli diapazonda” sübutları var.
2022-ci ilin mart ayında Almaniya mümkün müharibə cinayətlərini təqib etmək üçün sübutlar toplamağa başlayıb, o cümlədən ukraynalı qaçqınlarla müsahibə və ictimaiyyətə açıq olan məlumatlar qiymətləndirilib.
"Biz daha sonra mümkün mühakimə üçün hazırlaşırıq - ya burada Almaniyada, ya xarici tərəfdaşlarımızla, ya da beynəlxalq məhkəmə qarşısında", - o əlavə edib.
Frank kimin mühakimə olunmalı olduğu sualına cavab olaraq bildirib ki, Rusiya dövlət rəhbərləri və ən yüksək hərbi səviyyədə qərarları icra edənlər cavabdeh olmalıdırlar.
Ukrayna, müharibənin başlanmasına görə məsuliyyət daşıyan Rusiya hərbi və siyasi liderlərini mühakimə etmək üçün xüsusi tribunalın yaradılmasını tələb edir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə axşamı bildirib ki, Ukraynadakı təcavüz cinayətini təqib etmək üçün Haaqada beynəlxalq mərkəz yaradılacaq.
Xəbər verildiyi kimi, Avropa İttifaqı Rusiya elitasının təcavüz cinayətinə görə cəzalandırılması mexanizminin yaradılması zərurəti ilə bağlı yekdil fikrə gəlib, lakin hələ də Haaqada ayrıca xüsusi tribunalın yaradılmasına razılıq verməyib.
Ayşən
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır

































