Dünya
Maskdan Türkiyəyə: Bunu göndərməyə hazırıq
İlon Mask Türkiyədə qeydə alınan zəlzələdən sonra lazım olarsa, "Starlink" terminallarını göndərməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "Tvitter"-də yazıb.
Sosial şəbəkə istifadəçilərindən birinin xilasedicilərə kömək üçün terminallar göndərməyin mümkün olub-olmaması ilə bağlı sualına Mask deyib ki, hələlik bunun üçün Türkiyə hakimiyyət orqanlarından icazə almayıb.
"SpaceX bu icazə alınan kimi terminalları göndərməyə hazırdır" deyə sahibkar yazıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu daha əvvəl bildirib ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ ölkənin 10 vilayətində hiss olunub. Soylunun sözlərinə görə, əsas zərbə Kahramanmaraş şəhərinə dəyib. 7,4 bal gücündə zəlzələdən sonra ən azı 22 afterşok baş verib, onlardan altısı 6 baldan böyük olub.
Soylu, həmçinin bildirib ki, Türkiyə hazırda ən yüksək xəbərdarlıq səviyyəsini elan edib.
Ayşən
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı










.jpg)

.jpg)


















