Dünya
Türkiyə Maskın təklifini rədd etdi
Türkiyə hökuməti amerikalı sahibkar İlon Maskın zəlzələdən sonra yardım üçün Starlink peyk rabitə sistemlərini ölkəyə göndərmək təklifini qəbul etməyib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, türk rəsmisi adının açıqlanmaması şərti ilə Maska təşəkkür edib, respublikanın kifayət qədər peyk tutumuna malik olduğunu bildirib. O əlavə edib ki, ölkədə akkumulyatorla işləyən baza stansiyaları var, lakin bəzi ərazilər elektrik enerjisi ala bilmir.
Mask daha əvvəl "Tvitter" hesabında yazmışdı ki, onun SpaceX şirkəti rəsmi Ankaradan icazə alan kimi Starlink peyk rabitə sistemlərini Türkiyəyə göndərməyə hazırdır.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib və bir sıra şəhərlərdə dağıntılara səbəb olub. Fevralın 6-da günorta saatlarında daha iki güclü afterşok qeydə alınıb. Suriyanın bir sıra bölgələrində də ciddi dağıntılar qeydə alınıb.
Ayşən
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ



















.jpg)













.jpg)

