Dünya
Pentaqon cəhd göstərdi, Çin rədd etdi
Pentaqonun rəhbəri Lloyd Ostin Çin şarı ilə bağlı vəziyyətdən sonra Çinin müdafiə naziri ilə əlaqə saxlamağa çalışıb, lakin Pekin bu tələbi rədd edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Danışıq cəhdinin Çin şarının vurulmasından dərhal sonra baş verdiyi vurğulanır.
“Fevralın 4-də Pentaqon, Ostin ilə Çinin müdafiə naziri arasında təhlükəsiz söhbət üçün sorğu göndərdi. Təəssüf ki, bu müraciət Çin tərəfindən rədd edildi”, - nazirlikdən bildiriblər.
ABŞ Müdafiə Nazirliyi əlavə edib ki, departament Pekin və Vaşinqton arasında açıq kommunikasiya xətlərinin saxlanmasının vacibliyinə inanır.
Ayşən
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...






























