Dünya
Cənubi Koreyada təhlükəsizlik şurası toplaşdı: Şimali Koreya sanksiyalarla hədələndi
Cənubi Koreya hakimiyyəti Şimali Koreyanın uzaqmənzilli ballistik raket buraxmasını kəskin şəkildə pisləyib.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Ölkə prezidentinin ofisi raketin buraxılmasını “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması və Koreya yarımadasında gərginliyin artmasına səbəb olan ciddi təxribat” adlandırıb.
Cənubi Koreya prezidenti Yoon Seok-yeol Şimali Koreyanın uzaqmənzilli ballistik raket buraxması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Prezident Aparatının məlumatına görə, Təhlükəsizlik Şurasının üzvləri Pxenyanın hərəkətlərinə cavab olaraq onu “sərt sanksiyalarla” hədələyiblər . Onlar həmçinin Koreya, ABŞ və Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək qərarına gəliblər .
Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida Şimali Koreyanın atdığı ballistik raketin ölkənin eksklüziv iqtisadi zonasına düşdüyünü təsdiqləyib .
Müdafiə naziri Yasukazu Hamada bildirib ki, Şimali Koreya tərəfindən buraxılan ICBM ABŞ materikinə çata bilərdi.
Ayşən
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi


































.jpg)

.jpg)
