Dünya
Taliban bu ərazilərdə ticarət mərkəzləri açacaq
Əfqanıstanda tərk edilmiş xarici hərbi bazalar ölkənin iqtisadi artımını təşviq etmək üçün biznes və ticarət mərkəzlərinə çevriləcək.
Publika.az xəbər verir ki, bu qərarı Taliban hərəkatının rəhbərliyi qəbul edib.
Bildirilir ki, Talibanın baş nazirinin iqtisadi məsələlər üzrə müavini Molla Əbdül Qani Baradar xarici qüvvələrin qalan hərbi bazalarının tədricən ələ keçirilməsi və xüsusi iqtisadi zonalara çevrilməsi barədə göstəriş verib.
Qeyd edilir ki, dəyişikliklər ilk növbədə Kabildəki və Əfqanıstanın şimalındakı Bəlx vilayətindəki bazalara təsir edəcək. Onların arasında Kabildən 70 km şimalda yerləşən Baqram bazası da var.
Məlumata görə, təxminən 20 ildir ki, Baqram bazası “ABŞ-ın Əfqanıstanda Əl-Qaidə yaraqlılarına qarşı antiterror əməliyyatları və Talibana qarşı hərbi əməliyyatlar üçün beyin mərkəzi” kimi xidmət edib.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO






























