Dünya
23 nəfər itkin düşüb - "Qabriel"ə görə
Yeni Zelandiya polisi "Qabriel" tropik siklonunun yaratdığı tufan və daşqınlar zamanı itkin düşən 23 nəfəri tapa bilməyib.
Publika.az xəbər verir ki, bu barədə cümə günü polis məlumat yayıb.
“İtkin düşmüş 23 nəfərlə əlaqə saxlamaq polis üçün prioritet olaraq qalır və biz bir sıra müxtəlif üsullardan istifadə etməklə mümkün qədər tez işləyirik”, - deyə məlumatda bildirilir.
“Son gün ərzində polis tərəfindən 443 qabaqlayıcı tədbir həyata keçirilib. Bu müddət ərzində bizə 526 zəng daxil olub, o cümlədən 15 oğurluq, 2 avtomobil oğurluğu faktı. Müxtəlif hüquqpozmalara görə 13 nəfər həbs edilib”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd edək ki, Yeni Zelandiyanın Şimal adasını vuran “Qabriel” onun mərkəzi və cənub-şərq bölgələrində genişmiqyaslı daşqın və sürüşmələrə səbəb olub. 11 nəfər həlak olub, daha 23 nəfər itkin düşüb. Su basmış yaşayış məntəqələrindən 10 mindən çox insan təxliyə edilib, bəzi yaşayış məntəqələrində su təchizatı kəsilib, adanın 250 minə yaxın sakini bir neçə gün ərzində işıqsız və rabitəsiz qalıb.
Ayşən
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
