Dünya
Avropa Şurasından Gürcüstana çağırış: Bu qanun layihəsi prinsiplərə ziddir
Avropa Şurası Gürcüstana xəbərdarlıq edib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının işinə ciddi mənfi təsir göstərə bilər.
Publika.az xəbər verir ki, bu barədə Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Gürcüstan parlamentinin sədrinə ünvanladığı məktubda deyilir.
“Belə bir qanunvericilik təşəbbüsü, birləşmək və ifadə azadlığına dair Avropa Şurasının standartları fonunda bir sıra insan hüquqları ilə bağlı narahatlıq doğurur”, - o bildirib.
Miyatoviç Gürcüstan parlamentini bu və ya digər oxşar qanun layihəsini rədd etməyə və vətəndaşların ictimai işlərdə fəal iştirakını qeyd-şərtsiz təşviq etməyə, habelə vətəndaş cəmiyyəti təşkilatlarının və insan hüquqlarının fəaliyyəti üçün əlverişli mühit yaratmağa çağırıb.
Aİ-nin Gürcüstandakı səfiri xəbərdarlıq edib ki, “Xarici təsirin şəffaflığı haqqında” layihə Aİ-nin prinsiplərinə ziddir.
ABŞ Dövlət Departamenti də "xarici agentlər" haqqında təklif olunan qanunun təsdiqlənəcəyi təqdirdə, Gürcüstanda ifadə azadlığına təsir göstərəcəyindən narahatlığını bildirib.
Ayşən
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi































.jpg)


