Dünya
Bəşər Əsəd ÇƏTİN DURUMDA: iki məsələ üçün Moskvaya gəlir
Suriya Prezidenti Bəşər Əsəd martın ortalarında Moskvaya səfərə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Ведомости" məlumat yayıb.
Suriya liderinin səfərinin məqsədi Rusiya rəhbərliyindən maliyyə və enerji yardımı almaqdır.
Ekspertlərin fikrincə, belə yardıma ehtiyac Suriyada İrandan tədarük edilən neft məhsullarının qiymətinin artması fonunda, həmçinin fevral zəlzələlərinin nəticələri ilə bağlı yaranıb.
Bəşər Əsədin Moskvaya əvvəlki səfəri 2021-ci ilin sentyabrında baş tutub. Lakin o vaxtdan bəri Suriyada iqtisadi vəziyyət xeyli pisləşib. Yanacağın olmaması iqtisadiyyatın müxtəlif sahələrində problemlərə səbəb olub.
BMT-nin məlumatına görə, Suriya əhalisinin 90%-nin humanitar yardıma ehtiyacı var. Ölkə hakimiyyəti isə öz növbəsində Qərb ölkələrini Suriya böhranının daha da pisləşməsinə töhfə verən iqtisadi sanksiyalar tətbiq etməkdə ittiham edir.
Hüseyn İbadlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























