Dünya
Saakaşvili: İvanişvili Gürcüstanı Putinə təslim edir
Vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 6 il həbsə məhkum edilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Almaniyanın “Bild” nəşrinə müsahibə verib.
Publika.az xəbər verir ki, o, digər məsələlərlə yanaşı, Rusiya prezidenti Vladimir Putinin onun cinayət təqibində həlledici roluna “tamamilə arxayın olduğunu” bildirib.
Saakaşvilinin sözlərinə görə, əmindir ki, rəhbərlik etdiyi Vahid Milli Hərəkat partiyası 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində məğlub olub və Rusiyanın genişmiqyaslı xüsusi əməliyyatı nəticəsində hakimiyyəti itirib. “Onlar İvanişviliyə (hakim “Gürcü Arzusu” partiyasının qurucusu, milyarder) seçki kampaniyasını aparmaq üçün iki milyard dollar verdilər”, - deyə keçmiş prezident həmin seçki kampaniyası zamanı Rusiyadakı bütün aktivləri gürcü milyarderin sata bildiyini xatırladıb.
“İvanişvili Gürcüstanı Putinə verir və Zelenskiyə kömək etmək üçün Ukraynaya qayıtmağımı istəmir”, - eks-prezident bildirib. Saakaşvili Ukraynanın hazırkı prezidentini “müasir Çörçil” adlandırıb.
Gürcüstan hakimiyyəti Saakaşvilinin ittihamlarına hələ ki, reaksiya verməyib. Moskvadan da rəsmi şərh gəlməyib.
Müsahibəsində səhhəti ilə bağlı danışan Mixail Saakaşvili qeyd edib ki, 2021-ci il oktyabrın 1-də həbs olunduqdan sonra o, 120 kiloqramdan 67 kiloqrama qədər arıqlayıb. Bundan əlavə, siyasətçi Qldani həbsxanasına məcburi köçürmə zamanı beyin zədəsi aldığını iddia edir.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO






























