Dünya
Bu təlim bərpa olunur - "Güc yolu ilə sülh" əldə etmək üçün
Cənubi Koreya və ABŞ son 5 ildə ilk dəfə irimiqyaslı amfibiya təlimləri keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Ssangyong təlimləri martın 20-də başlayacaq. Təlim 2018-ci ildən bəri ilk dəfə keçirilir. Bu dəfə onlarda iştirak etmək üçün desant qüvvələri, 30 gəmi, o cümlədən müttəfiqlərin hücum gəmiləri, F-35B qırıcıları da daxil olmaqla 70 təyyarə, AH-64 Apache hücum helikopterləri və 50-yə yaxın desant maşınından istifadə olunacaq. Fövqəladə hallar, minalardan təmizləmə, quruda təhlükə elementlərinin aradan qaldırılması, eniş meydançalarında yanğına dəstək, havadan və dənizdən eniş əməliyyatlarının aparılması ssenariləri işlənəcək.
Qarşıdan gələn təlim Cənubi Koreya-Amerika ittifaqının "güc yolu ilə sülh" əldə etmək iradəsini nümayiş etdirəcək və biz Cənubi Koreyanı müdafiə etmək üçün vahid müdafiə mövqeyini daha da gücləndirəcəyik", - Cənubi Koreya Dəniz Piyadaları Korpusu bildirib.
Təlimdə ilk dəfə olaraq 40-a yaxın Britaniya dəniz piyadasının da iştirak edəcəyi, Avstraliya, Fransa və Filippin personalının müşahidəçi qismində iştirak edəcəyi bildirilir.
Ayşən
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...










.jpg)




















.jpg)
.jpg)

