Dünya
14 il, 4512 siqaret və 11 min dollar cərimə
Yaponiyada dövlət qulluqçusu iş yerində 14 il ərzində 4512 dəfə siqaret çəkdiyi üçün 11 min dollar cərimə olunub.
Publika.az xəbər verir ki, bu barədə "Oddity Central" yazır.
Osakadan olan 61 yaşlı kişinin "tüstü fasiləsi"ndə keçirdiyi ümumi vaxt 355 saatlıq iş vaxtına bərabərdir. Bildirilir ki, işçi iş yerində siqaret çəkdiyinə görə dəfələrlə danlanıb, lakin buna məhəl qoymayıb.
Yerli media yazır ki, bu, yaponların Yerli Dövlət Qulluğu Qanununa əsasən “sədaqət borcunu” pozmaq kimi qəbul edilir.
Adam 11 min dollar cərimə ödəməyə məcbur edilib, bundan əlavə, maaşı 6 ay ərzində 10 faiz azaldılıb.
Osakada dünyanın ən sərt siqaret qanunlarından bəziləri mövcuddur. Ofislər və məktəblər kimi dövlət binalarında siqaret çəkməyə qadağa 20 il əvvəl tətbiq edilməyə başlanılıb və 2019-cu ildən dövlət işçilərinə iş saatlarında siqaret çəkmək qadağan edilib.
Ayşən
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu

































