Dünya
Bu gün Finlandiya NATO-nun 31-ci üzvü olur
Finlandiyanın NATO-ya qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçiriləcək və həmin gün alyansın xarici işlər nazirlərinin planlaşdırılan ikigünlük iclası açılacaq.
Publika.az xəbər verir ki, Finlandiya NATO-ya İsveçlə birgə daxil olmaq niyyətində olsa da, Stokholm Ankaranın Türkiyədə terrorçuluqda ittiham olunan şəxslərin ekstradisiyası ilə bağlı bütün tələblərini hələ də yerinə yetirmədiyi üçün Türkiyə krallığın Alyansa girişini əngəlləməkdə davam edir.
İlk olaraq alyansın bütün ölkələrinin xarici işlər nazirləri Finlandiyanın qəbul protokollarının ratifikasiya olunmuş əsillərini ABŞ-nin dövlət katibi Entoni Blinkenə (ABŞ NATO-nun bütün sənədlərinin saxlancıdır) təhvil verəcəklər, daha sonra mənzil-qərargahın qarşısındakı 31-ci bayraq dirəyində Finlandiya bayrağı qaldırılacaq, təntənəli çıxışlar ediləcək.
Qeyd etmək lazımdır ki, Finlandiyanın NATO-ya üzvlüyü hərbi blokun yaxın keçmişində ən mühüm hadisələrdən biridir.
Finlandiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq neytrallıqdan əl çəkib və Alyansa üzv olmaq qərarına gəlib.
İsveç də NATO-ya üzv olmaq üçün ərizə verməklə uzunmüddətli neytrallıq öhdəliyindən imtina edib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)






















.jpg)

.jpg)