Dünya
Marketdə sizi tanımasalar, heç nə ala bilməyəcəksiniz - YENİLİK
Yaponiyada üztanınması texnologiyasından istifadə etməklə malların ödənişi həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə "NHK" yayım şirkəti məlumat yayıb.
Qeyri-adi eksperimentə Şibuya metropolitenində yerləşən kiçik bir mağazada rast gəlinib. Onlar ərzaq və ilkin tələbat malları satırlar.
Bu qeyri-adi ödəniş üsuluna çıxış əldə etmək üçün alıcı qabaqcadan öz üzünün şəklini smartfonunda qeydiyyatdan keçirməli və onu nağdsız ödəniş xidmətinə bağlamalıdır.
Mağazada xüsusi özünəxidmət terminalları var. Müştəri məhsulun ştrix kodunu oxucuya gətirir, bundan sonra kamera onun üzünü tanıyır və cihaz hesabdan tələb olunan məbləği çıxarır. Hər şey çox tez baş verir. Yenilik sayəsində təkcə əskinaslar deyil, bank kartları da prosesdən çıxarılıb.
Mağazada heç bir satıcı yoxdur. Təşkilatçıların fikrincə, əmək bazarında işçi qüvvəsinin olmaması səbəbindən inkişaf uğurlu olacaq. Texnologiyanın ilk növbədə marketlərdə tətbiq ediləcəyi gözlənilir. İdeya müəllifləri üz tanınmasının dəqiqliyini təkmilləşdirməli olacaqlar. Bu da hesablaşma əməliyyatlarının aparılması zamanı mümkün uğursuzluqları aradan qaldırmalıdır.
Ayşən
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi






.jpg)













.png)












