Dünya
Rusiyalı rəssama görə mükafatdan imtina etdi
Ukraynalı illüstrator Sergey Maydukov "Erix Mariya Remark Sülh Mükafatı"ndan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə mükafatın təşkilatçıları məlumat yayıb. Buna səbəb bu ilin laureatının rusiyalı illüstrator Lyudmila Ulitskayanın olmasıdır. Xüsusi mükafat isə Maydukova verilib.
Rəssam, münsiflər heyətinə onun lehinə seçim etdiklərinə görə təşəkkür edib, eyni zamanda, bildirib ki, iyunun 22-də Almaniyanın Osnabruk şəhərində keçiriləcək mükafatlandırma mərasimində iştirak edə bilməyəcək.
“Bu günlərdə psixikama diqqət yetirirəm və ağır olan hisslərdən qaçıram. Hələlik həyatımda kifayət qədər rusun varlığı var, ona görə də mərasimin olmayacağı başqa bir gündə gəlmək istəyərdim. Mən gəlib sizinlə və komanda ilə canlı tanış olmaqdan və təşəkkürümü bildirməkdən şərəf duyardım”, - deyə Maydukov bildirib.
Daha sonra sənətçi fikrini dəyişərək, mükfatı almaq üçün getməyəcəyini, səfər üçün nəzərdə tutulmuş pulu Ukrayna Silahlı Qüvvələrinə köçürəcəyini bildirib.
Ayşən
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi


































.jpg)