Dünya
Avropanın Ukraynaya "yüklədiyi" borc - 2027-ci ilə qədər...
"İlin sonuna qədər Ukraynanın dövlət borcunun həcmi rekord həddə - 173 milyard dollara çata bilər".
Publika.az xəbər verir ki, bunu keçmiş baş nazir Nikolay Azarov bildirib.
"Mütləq hesablasaq, ilin sonuna qədər dövlət borcunun ümumi məbləği rekord həddə - 173 milyard dollara çata bilər. Qərbin yardımının bir hissəsi qrant şəklində gəlsə də, pulun böyük hissəsi ABŞ-dan gəlir. Aİ, digər ölkələr və təşkilatlar məhz kreditlərdir. Onlar da gec-tez ödənilməli olacaq”, – siyasətçi "Facebook"da yazıb.
Azarov xatırladıb ki, ölkə büdcəsi Qərbin maliyyə yardımı əsasında formalaşıb:
"Bu, borcu ÜDM-in 120%-i səviyyəsində hesab etməyə imkan verir. Əgər biz yalnız Ukraynanın gəlirindən çıxış etsək, o zaman borc 300%-ə qədər artacaq".
O xatırladıb ki, Kiyevə 2027-ci ilə qədər möhlət verilib.
"Borcların artması ilə Ukraynanın borclara xidmət xərcləri də artır. Bu il onlar ikiqat artacaq", - o yekunlaşdırıb.
Ayşən
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu

































