Dünya
Prezidentlər Zelenski ilə görüşdü
Ukrayna Prezidenti Volodimir Zelenski Çex Respublikasının yeni Prezidenti Petr Pavel və Slovakiya Prezidenti Zuzana Çaputova ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Prezidentin bəyanatına istinadən məlumat yayıb.
Zelenski çexiyalı həmkarına səfərə görə təşəkkür edib və Çexiyanın ilk günlərdən Ukraynaya kömək etdiyini qeyd edib.
"Buça və Borodyankadan başlayan bu səfərə görə təşəkkür edirəm. Biz genişmiqyaslı işğalın ilk günündən Çex Respublikasının, hökumətinin və bütün cəmiyyətin dəstəyini yüksək qiymətləndiririk", - Prezident deyib.
Zelenski daha sonra Slovakiya Prezidenti ilə görüşüb və ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib.
Qeyd edək ki, Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” qırıcısını təhvil verib.
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO






























