Dünya
Balıq tutmaq istədi, timsahın mədəsindən çıxdı
Avstraliyada polis 65 yaşlı balıqçı Kevin Darmodini yediyi iddia edilən timsahı öldürüb.
Publika.az xəbər verir ki, bu barədə "7News " məlumat yayıb.
Məlumata görə, Darmodi Kvinslend ştatında Kennedi çayının sahilində balıq tutarkən yoxa çıxıb. Yaxınlıqdakı turist düşərgəsində balıq ovu yerindən insanlar qışqırıq və səs-küy eşidiblər.
İtkin düşən balıqçının axtarışları bir neçə gün davam edib. Polis onun çaya sürüklənərək timsah tərəfindən yeyilə biləcəyindən şübhələndiyi üçün uzunluğu 4,1 və 2,8 metr olan iki sürünəni taparaq öldürüb.
Yarılma zamanı timsahlardan birinin mədəsində insan qalıqları aşkar edilib. Səlahiyyətlilər qalıqların Darmodiyə aid olduğunu düşünür və şəxsiyyətin müəyyənləşdirilməsi prosesini planlaşdırır.
Ayşən
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
































